İpoteka krediti
İstehlak krediti
İpoteka krediti
Yapı Kredi Bank Azərbaycan QSC 11 Yanvar 2000-ci il tarixində Koçbank Azərbaycan LTD adı ilə Azərbaycan Respublikası Milli Bankından 243 saylı bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almışdır. 2005-ci ilin sentyabr ayında Türkiyədəki Yapı Kredi Bankası A.Ş.-də həmçinin Koç Maliyyə Xidmətləri ailəsinə daxil olmuşdur. Koçbank Azərbaycan LTD 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini “Yapı Kredi Bank Azərbaycan” QSC adı ilə davam etdirir. Bank adının dəyişdirilməsi təsisçisi olan strukturun (Koçbank) digər tərəfdaş bankla (Yapı Kredi Bankası) birləşməsi ilə əlaqədardır. Hal hazırda Yapı Kredi Bank Azərbaycan müştərilərinə bankçılığın Pərakəndə və Korporativ sahələrində məhsullar təklif etməkdədir. Səhmdarları Türkiyənin ən nüfuzlu holdingi Koç Group Yapı Kredi Bank Azərbaycan QSC-nin əsas məqsədi mövcud olan qlobal bankçılıq təcrübəsini Azərbaycan vətəndaşlarının istək və tələblərinə uyğun olaraq təkmilləşdirib, ölkənin Bankçılıq sektoruna öz töhvələrini verməkdir. 2012-ci ilin Sentyabr ayında dünyanın on ən yaxşı kredit kartı markalarından biri Worldcard-ı Azərbaycan müştərilərinin təqdim edən bank, eyni zamanda İnternet Bankçılıq, Mobil Bankçılıq kimi innovativ məhsullarını da qısa zamanda istifadəyə açmışdır. Bankın rəhbər strukturu təsisçilərin (səhmdarlarin) ümumi yığıncağı, müşahidə şurası, audit komitəsi və idarə heyətindən ibarətdir. Yapı Kredi Bank Azərbaycan QSC Yapı və Kredi Bankası A.Ş (Türkiyə) banklarının törəmə bankıdır. Fəaliyyət göstərdiyi müddətdə Yapı Kredi Bank Azərbaycan bankçılığın pərakəndə və korporativ sahələrində müştərilərinə bir neçə yeni məhsullar təklif etmiş və bunun üçün də, müxtəlif mükafatlara layiq görülmüşdür. 2018-ci ildə Global Banking and Finance Review tərəfindən Ən Etibarlı Bank Azərbaycan Mükafatı2015-ci ildə banco.az portalında müştərilərin səsverməsi nəticəsində Ən Yaxşı İnternet Bankçılıq Məhsulu, Azərbaycan2015-ci ildə Global Banking and Finance Review tərəfindən Ən Yaxşı İnternet Bankçılıq Məhsulu, Azərbaycan2015-ci ildə Global Banking and Finance Review tərəfindən Ən Yaxşı Pərakəndə Bank, Azərbaycan2015-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Aktiv Bank fəaliyyəti göstərdiyinə görə təşəkkür məktubu2014-cü ildə Global Banking and Finance Review tərəfindən Ən İnnovativ Korproativ Bank, Azərbaycan2014-cü ildə Global Banking and Finance Review tərəfindən Ən Yaxşı Yeni Pərakəndə Bank, Azərbaycan2012-ci ildə Master Card tərəfindən Ən Yaxşı Marketinq Kampaniyası-Worldcard Bankın Baş ofisi Bakı Şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 73G, Az1065 ünvanında yerləşir.