İpoteka krediti
Lombard Krediti
İstehlak krediti
TuranBankı respublikanın bütün regional mərkəzlərində satış şəbəkəsi vasitəsi ilə bütün respublika üzrə əhali, mikro, kiçik və orta sahibkarlığa xidmət göstərən, xarici investisiyalı pərakəndəyönümlü universal bank etmək.
Bank öz biznes fəlsəfəsində aşağıdakı dəyərlərə söykənir:
Bank bu dəyərləri özünün həm biznes, həm də institusional strategiyasında və gündəlik fəaliyyətində əsas tutur.
Bankın məqsədi komanda üzvləri və biznes tərəfdaşları ilə daimi əməkdaşlıq qurmaq, onlara özlərinə uyğun diqqət göstərməkdir.
TuranBank inkişaf edən peşəkar komandası ilə müştərilərinə beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli xidmət göstərən, cəmiyyətin sosial həyatında aktiv iştirak edən, investorlarının investisiyalarının dəyərinin artımını təmin edərək dinamik inkişaf edən etibarlı və şəffaf bankdır.
Bank, növbəti strateji dövrün sonuna əldə edilən mənfəətin bir hissəsini reinvestisiya edəcəkdir. Bundan əlavə, Bank həm bazar payının, həm aktivlərinin keyfiyyətinin, həm də biznes fəlsəfəsinin reallaşması nəticəsində imicinin artması hesabına səhmlərinin real dəyərinin davamlı artmasına nail olacaqdır. Bu mövcud səhmdarların Banka investisiyalarının artırılmasını stimullaşdırmaqla yanaşı, Bankı digər investorlar üçün cəlbedici edəcəkdir.
Bank, növbəti strateji dövrdə də işçi heyətini daima diqqətdə saxlayacaq, onlara daimi və məqsədli investisiyalar qoyacaq, öz potensiallarının reallaşması üçün yuxarıdan aşağı səlahiyyət bölgüsünü təkmilləşdirəcək və nəticəyə əsaslanan motivasiya sistemlərinin tətbiqini davam edəcəkdir.
Bank, növbəti strateji dövrdə informasiya texnologiyalarına qoyulan investisiyaların nəticəsi olaraq, müştərilərinə daha operativ xidmət göstərəcək, onlara banka gəlmədən belə müxətlif çeşidli bank məhsul və xidmətlərini rəqiblərindən daha sərfəli şərtlərlə təklif edəcəkdir.