Avtomobil Krediti

Avto kredit

  • Kredit Müddəti36 ayadək
  • Faiz dərəcəsi15 %-dən başlayaraq
  • Məbləğ0 ₼ - 40,000 ₼

Rabitə Lombard

Lombard Krediti

  • Kredit Müddəti36 ayadək
  • Faiz dərəcəsi26 %-dən başlayaraq
  • Məbləğ0 ₼ - 20,000 ₼

Sərfəli ipoteka krediti

İpoteka krediti

  • Kredit Müddəti300 ayadək
  • Faiz dərəcəsi8 %-dən başlayaraq
  • Məbləğ10,000 ₼ - 150,000 ₼

Bank haqqında

1993-cü ildə fəaliyyətə başlayan Rabitəbank, tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirmiş və universal banka çevrilmişdir. Hazırda Rabitəbankın müştəriləri ticarət, istehsalat, tikinti, kənd təssərüfatı, nəqliyyat, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələrdir. Eyni zamanda, bank fiziki şəxslərə də bütün növ maliyyə xidmətləri göstərir.

Fəaliyyət göstərdiyi 27 il ərzində Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 26 filial və 1 şöbədən ibarət xidmət şəbəkəsini yaradaraq Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 14 regionunda təmsil olunmuşdur. Beynəlxalq maliyyə institutları ilə işgüzar əməkdaşlıq və böyük sayda müştəriləri bankın gələcəkdə də uğurlu inkişafı üçün möhkəm bünövrə yaratmışdır.

Strateji baxış Ölkənin ən böyük banklarından biri olmaqla bütün növ müştərilərə ənənəvi və müasir maliyyə xidmətlərini göstərən peşəkar komandaya malik olan dayanıqlı rəqəmsal və universal bank.

Missiya Əhaliyə və bizneslərə onlara uyğun məkan və şəraitdə sürətli və səmərəli bank xidmətlərini göstərmək

Strateji məqsədlər Tam Rəqəmsallaşma Yüksək keyfiyyətli bank xidməti Yüksək müştəri məmnuniyyəti Çevik və operativ xidmət Yüksək mənfəətlilik Xərclərin optimallaşdırılması Əməliyyat səmərəliliyi Gəlirlərin diversifikasiyası Konsentrasiyadan qaçmaq Sinerji

Bankla əlaqə

Fillial şəbəkəsini incələ