İpoteka Krediti

İpoteka krediti

  • Kredit Müddəti300 ayadək
  • Faiz dərəcəsi7 %-dən başlayaraq
  • Məbləğ0 ₼ - 150,000 ₼

Bank haqqında

Strateji baxış

Bankımızın strateji baxışı sabit böyümə və inkişafla yanaşı, maliyyə sektorunda müştərilərinə keyfiyyət və sürətli xidmət göstərən, etibarlı nüfuza və stabil maliyyə gücünə malik olan bir bank olmaqdır.

Bankın əsas strategiyası aşağıdakılardır:

Keyfiyyətli xidmət Faydalılıq Peşəkarlıq

Missiyamız

Yeni texnologiyaya malik olan, innovativ universal bank statusunu möhkəmləndirmək və inkişaf etmək; Qənaətbəxş müştəri sayını artırmaq və müştəri məmnuniyyətini təmin etmək; Müştərilərə sərfəli və keyfiyyətli bank xidmətlərini təklif etmək; Universal bankçılıq sahəsində daha səmərəli işləmək; Bankın əsas maliyyə göstəricilərini möhkəmləndirmək və inkişaf etmək; Müxbur hesablarının sayını və keyfiyyətinin artırılmasını təmin etmək; Kredit, debit kartları vasitəsilə Azərbaycanda nağdsız bank hesablaşmaları sahəsinin inkişafı prosesində mühüm rol oynamaq; Strateji hədəflərimiz

Hədəf sektorlarına uyğun özəl xidmət paketlərin hazırlanması, sektorlar üzrə kompaniyaların keçirilməsi; Yeni məhsul və xidmətlərin təqdimatı, mövcüd məhsul və xidmətlərin müştərilərimizin ehtiyac və istəklərinə daha çox cavab verəcək şəkildə uyğunlaşdırılması və təkmilləşdirilməsi; Elektron Bankçılığı sahəsində xidmət dairəsinin genişləndirilməsi; Maliyyə bazarındakı mövqeyin qorunub saxlanması və Bankın nüfuzunun artırılması. Bankın dividend siyasəti

Adi səhm üzrə dividend bankın xalis mənfəətinin səhmdarlar arasında onların sahib olduqları səhmlərin sayına mütənasib şəkildə bölüşdürülməsi üçün hesablanmış hissəsidir. Bankın xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdə sonra yaranır, qanunvericilik və nizamnamə ilə müəyyən edilən məsələlərə yönəldilir. Xalis mənfəətin bankın maliyyə ili üzrə bölüşdürülməsi bankın səhmdarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Dividendlər verilməsi, bankın maliyyə vəziyyətinin stabilliyinə mənfi təsir göstərmədikdə, habelə qanunvericiliklə heç bir qadağa olmadıqda həyata keçirilir.

Bank dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Bankın dividendlərin ödənilməsi ilə bağlı öhdəlikləri onların ödənilməsi ilə bağlı qərarın qəbul edildiyi gündən yaranır. Dividendlər hesablanarkən səhmlərin hər bir növü və nominalı üzrə hər bir səhmə düşən məbləğ eyni olmalıdır. Bank, təsdiq olunmuş mənfəətini Səhmdarların Ümumi Yığıncağı tərəfindən qəbul edilmiş qərara əsasən səhmlərin nominal dəyərinin artımına da yönəldə bilər.

Bankla əlaqə

Fillial şəbəkəsini incələ