İpoteka krediti
İstehlak krediti
İpoteka krediti
“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ilk regional bankıdır və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 4 avqust 2008-ci il tarixli 252 saylı lisenziyaya əsasən, 11 sentyabr 2008-ci il tarixdən fəaliyyət göstərir. Bankın baş ofisi Naxçıvan MR, Naxçıvan şəhər, C.Məmmədquluzadə küçəsi, 27 ünvanında yerləşir.
Bank 29 avqust 2008-ci il tarixdən Əmanətlərin Sığortalanması Fondunun (ADİF) üzvüdür və fondun qaydalarına uyğun olaraq müştərilərin bankda yerləşdirilmiş əmanətləri sığortalanan əmanətlər hesab olunur.
“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti 10 Oktyabr 2008-ci il tarixində Bakı Banklararası Valyuta Birjasında (BBVB) fəaliyyət göstərən Birja Elektron Ticarət Sisteminin (BEST) informasiya terminalına qoşulub.
Bank 2010-cu ildən milli ödəniş sistemi olan “AZİPS”-in və 2011-ci ildən Beynəlxal Banklararası Ödəniş Sistemi olan SWIFT-in üzvüdür.
“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti 2012-ci ildən “MasterCard” beynəlxalq ödəniş sisteminin və 2015-ci ildən “VİSA” beynəlxalq ödəniş sisteminin “Affiliate” üzvüdür.
Bank 2013-cü ildə "MONEX", 2017-ci ildə "UPT" və 2018-ci ildə isə "Western Union" sürətli pul köçürmə sistemlərinə qoşulub.
Strateji baxışımız Strateji baxışımız - Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda aparıcı maliyyə xidmətləri institutuna çevrilmək.
"Naxçıvanbank" ASC özünün hər bir müştərisinə individual olaraq “biznes tərəfdaşı” kimi münasibət bəsləyir və hər bir kiçik və orta sahibkarın etibarlı dəstəkçisi olmaq iddiasındadır. Bunun üçün bank yeni texnologiyalarla tam təmin olunmuş peşəkar işçi heyətinə və kapitala sahibdir. Bank ilk növbədə özünün «ən dəyərli aktivi» olan insan resurslarını yəni bankın peşəkar işçi heyətinin daim qayğısına qalır və mütəmadi olaraq onların səriştəsinin daha da artırılmasına çalışır.
Ən yeni texnologiyalarla tam təmin olunmuş peşəkar personal müştərilərə yüksək keyfiyyətli xidmət göstərməyə daim hazırdır.
Missiya bəyannaməsi İnvestorlara münasibətdə – Bank səhmdarlarına onların investisiyalarının dəyərinin daimi artımını və maraqlarının qorunmasını təmin edən bank olmasını bəyan edir.
İşçiyə münasibətdə – İnsan resursları «ən dəyərli aktiv» olduğu üçün onlara qayğı göstərilməsini, işçilərin ədalətli qiymətləndirilməsi və motivasiya edilməsini, stabil və peşəkar komanda yaratmağı, insan resurslarının idarə edilməsinin təkmil sisteminin qurulmasını, Bankın insan resurslarını strateji məqsədlərə çatmağa səfərbər etməyə stimullaşdırılmasını insan resurslarının idarə edilməsi sahəsində özünün əsas missiyası hesab edir.
Müştəriyə münasibətdə – Bank, bank xidmətlərinin mütərəqqi standartlarını qurmağı, bazara yeni keyfiyyətdə bankın daxil olmasının hiss edilməsi və bu bankın xidmətlərindən istifadəyə üstünlük verilməsi üçün rəqiblərlə müqayisədə biznes tərəfdaşı olan kiçik və orta müəssisələrə həm xidmətin keyfiyyəti, məhsulların çeşidliliyi, hər bir müştəriyə fərqli və fərdi yanaşmaqla, müasir bank texnologiyalarından istifadə etməklə, müştərilərinin ehtiyacını tam ödəməyi və onlara operativ surətdə xidmət göstərməyi vəd edir.