İstehlak krediti
Lombard Krediti
İpoteka krediti
Tariximiz
Hazırda mövcud banklar arasında ilk kommersiya bankı olan “Expressbank” ASC 21 iyun 1989-cu il tarixində təsis olunmuş və uzun müddət “Azərnəqliyyatbank” adı altında fəaliyyət göstərmişdir. Bankımız öz fəaliyyətini Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30 dekabr 1992–ci il tarixində verilmiş lisenziya əsasında həyata keçirir. Bankımızın Səhmdarlarının Ümumi Yığıncağının 01 fevral 2010-cu il tarixli qərarı ilə “Azərnəqliyyatbank” ASC-nin adı dəyişdirilərək “Expressbank” ASC adlandırılmışdır. Nizamnaməyə müvafiq dəyişiklik 04 mart 2010-cu il tarixində dövlət qeydiyyatına alınmışdır.
Bu gün Expressbank 700 nəfərdən çox ixtisaslı əməkdaşlardan ibarət mehriban bir komandadır. Bankımız hər bir əməkdaşının peşəkar inkişafına böyük önəm verir. Komandamızın hər bir üzvü həm müştərilərin, həm də həmkarlarının uğurlarına daim sevinir və fərəhlənir.
Expressbank, ən qabaqcıl təcrübə və yenilikləri tətbiq etməklə müştərilərə geniş çeşiddə xidmətləri rahat üsullarla təqdim edən və müştəri məmnuniyyətini əsas tutan bir şirkətdir!
Biz korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində olan layihələrə də böyük önəm verərək, mütəmadi olaraq müxtəlif sosial tədbirlər həyata keçiririk. Kimsəsiz qocalar, şəhid ailələri və uşaq evlərini ziyarətlə yanaşı hədiyyəli aksiyalar da təşkil edirik.
Bankımız Mastercard International və Visa International beynəlxalq ödəniş sistemlərinin, həmçinin SWIFT beynəlxalq banklararası ödəniş sisteminin üzvüdür. Mütəmadi olaraq dünyanın tanınmış maliyyə institutları, bankları və fondları ilə hərtərəfli əməkdaşlıq əlaqələrini genişləndiririk.
Beynəlxalq reytinqimiz
Beynəlxalq reytinq agentliyi Fitch Ratings 2022-ci ilin aprel ayında Expressbank-ın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə növbəti dəfə təsdiqləyib. Bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən hesab edilir.
Bankın strateji baxışı
Ən qabaqcıl təcrübə və yenilikləri tətbiq etməklə müştərilərə geniş çeşid xidmətləri rahat üsullarla təqdim edən və müştəri məmnuniyyətini əsas tutan brendə çevrilmək əzmindəyik!
Nəaliyyətlərimiz
Bankımız öz fəaliyyət dövründə bir çox uğura imza atmışdır. Ən əsas uğuru isə müştərilərinin etimadıdır.
04.12.2010-cu il tarixində Expressbank “Business Time” jurnalının təsis etdiyi “Azeri Business Award” tərəfindən Biznes sahəsində 2010-cu ilin "Uğurlu rebrendinq" nominasiyasının qalibi olaraq, milli mükafatla təltif olunmuşdur.
25.05.2017-ci il tarixində Expressbank “MasterCard Platinum, Black Edition və World Elite kartlarının say miqdarını ən çox artıran bank” nominasiyasında qalib olmuşdur.
25.05.2017-ci il tarixində Expressbank “Gold və Standard kartlarının say miqdarını ən çox artıran bank” nominasiyasında 2-ci yerdə qərarlaşmışdır.
21.12.2018-ci il tarixində Expressbank “Zolotaya Korona” təcili pul köçürmələri sistemi ilə birlikdə həyata keçən layihəyə görə “İnnovativ ödəniş həlləri tətbiq edən ABA üzvü” nominasiyası üzrə qalib olmuşdur.
21.12.2018-ci il tarixində Expressbank Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Korporativ Sosial Məsuliyyət” nominasiyası üzrə mükafatlandırılmışdır.
28.02.2019-cu il tarixində Expressbank Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası tərəfindən 2018-ci il üçün nağdsız ödənişlərin inkişaf etdirilməsi, innovativ ödənişlərin tətbiqi, elektron bankçılığın və elektron ticarətin genişləndirilməsi istiqamətində plastik kartlarla POS-terminal vasitəsilə aparılan ölkədaxili təmassız ödənişlərin ümumi sayına görə "Təmassız ödəniş kartları üzrə lider bank" nominasiyası üzrə birinci yerə layiq görülmüşdür. "Təmassız POS-terminal infrastrukturu üzrə lider bank" nominasiyasında ikinci yerin sahibi, "Elektron Ticarətin İnkişafında Lider Bank" nominasiyasında isə üçüncü yerin sahibi olmuşdur.
2019-cu il üzrə - Expressbank Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Korporativ Sosial Məsuliyyət”, “Ən fəal maliyyə savadlığı dəstəkçisi” nominasiyaları üzrə mükafatlandırılıb.
07.04.2020-ci il tarixində Expressbank, Mərkəzi Bank tərəfindən 2019-cu il ərzində POS-terminal vasitəsilə plastik kartlarla aparılan ölkədaxili təmassız ödənişlərin ümumi sayına görə “Təmassız ödənişlər üzrə lider bank” nominasiyası üzrə qalib elan olunmuşdur.
2020-ci il üzrə - Expressbank Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Korporativ Sosial Məsuliyyət”, “Ən fəal təhsil dəstəkçisi”, “Nağdsız ödənişlərin təşviqi” nominasiyaları üzrə mükafatlandırılıb.
Missiya və Dəyərlərimiz
Bank müştərilərə yüksək keyfiyyətli məhsul və xidmətləri daha rahat üsullarla təqdim etməklə onların son məqsədinin və istəklərinin reallaşdırılmasında əsas iştirakçıya çevrilmək əzmindədir. Bu isə maliyyə xidmətlərinin əldə edilməsində Bankın yalnız vasitəçi deyil, müştərilərin son ehtiyaclarının təmin edilməsində onların həyatının mühüm bir hissəsinə aid olması deməkdir. Beləliklə əsas prinsipimiz müştərilərimizin hər zaman yanında və hafizəsində özünəməxsus yer tutmaqla onlar üçün dəyər yaratmaq və bununla dəyər qazanmaqdır.
ƏSAS İŞ PRİNSİPLƏRİMİZİ MÜƏYYƏN EDƏN BAŞLICA TEZİSLƏR AŞAĞIDAKILARDIR:
Keyfiyyətli xidmətin ən əsas meyar olması ilə rəqabət üstünlüyünün təmin edilməsi Etibarlılıq və dayanıqlığın saxlanılması ilə uzunmüddətli inkişafın təmin edilməsi Komanda üzvlərinin şəxsi inkişafının və aktiv iştirakının təmin edilməsi ilə ümumi inkişafın əldə edilməsi
DƏYƏRLƏRİMİZ
KOMANDA ÜZVÜMÜZÜN HƏR BİRİNDƏ MÜŞAYİƏT EDİLƏCƏK VƏ BELƏLİKLƏ MÜŞTƏRİLƏRİMİZƏ ƏKS OLUNACAQ ƏSAS DƏYƏR PRİNSİPLƏRİ AŞAĞIDAKILARDIR:
ŞƏFFAFLIQ
Şəffaf münasibətlər etibarlığın və əməkdaşlığın qurulmasında vacib və ilkin şərt hesab olunur. Bank və müştərilər, həmçinin komanda üzvləri arasında şəffaf münasibətlərin qurulması bir-biri ilə sıx bağlıdır. Bildiyimiz kimi keyfiyyətli münasibətlərin ilkin şərti açıqlıq və aydınlıqdır. İstər müştərilər, istərsə də əməkdaşlar arasında informasiyanın əldə edilməsində və mübadiləsində daimiliyin və açıqlığın təmin edilməsi zəruridir. Bu amil korporativ mühitdə iştirakçılar arasında kommunikasiyanın güclənməsinə, müştərilərlə isə daha sıx və uzunmüddətli münasibətlərin qurulmasına gətirib çıxarır.
MƏSULİYYƏTLİLİK
İstər müştərilər, istərsə də səhmdarlar qarşısında daşıdığımız məsuliyyət komandanın hər bir üzvünü daimi olaraq müşayiət etməlidir. Bunun üçün hər bir iştirakçı üçün fərdi öhdəliklər aydın olmalı və onlar tərəfindən mənimsənilməlidir. Beləliklə hər bir əməkdaş öz üzərinə düşəni keyfiyyətli şəkildə icra etməkdə cavabdehlik hiss etməklə ümumi keyfiyyətli nəticənin əldə edilməsində aktiv iştirakçıya çevrilməlidir.
ƏMƏKDAŞLIQ
Qarşılıqlı inamın formalaşması və fərdi məsuliyyətin dərk edilməsi ilə yanaşı uzunmüddətli əməkdaşlığın təmin edilməsi üçün birgə fəaliyyətin nəticəsini görmək vacibdir. Beləliklə keyfiyyətli partnyorluq münasibətlərinin formalaşması məqsədilə müştəri və komanda üzvlərinin daimi inkişafının təmin edilməsi vacibdir. Bu da ümumi maraqların şəxsi maraqlardan üstün tutulması, qarşılıqlı yardım və anlaşma ilə ortaq hədəflərin əldə edilməsində birlikdə çalışmaq deməkdir.
İNNOVATİVLİK
Xarici və daxili mühitdə baş verən daimi dəyişikliklərin effektiv şəkildə idarə edilməsi üçün bütün faəliyyət aspektləri üzrə innovativliyin təmin edilməsi zəruri hesab olunur. İnnovativlik özündə yaradıcılıqda daimi olaraq yeniliyin tətbiqini və texnolojilik faktorlarını birləşdirməklə qeyri-standart biznes mühitində fərqli və sistemli yanaşmaların həyata keçirilməsini ehtiva edir. Bununla da xarici və daxili tələblərin ödənilməsində effektivliyin daimi olaraq təmin edilməsi və keyfiyyətli artıma nail olmaq mümkündür.
EFFEKTİVLİK
Effektivlik və ya səmərəlilik eyni resursla daha çox nəticə əldə etmək deməkdir. Bu mənada effektivlik daha çox məhsuldarlığı ifadə edir və sadaladığımız əvvəlki prinsipləri özündə birləşdirir. Bütün komanda üzvlərinin və mövcud resursların tam olaraq səfərbər edilməsini tələb edən bu prinsip keyfiyyətli artımın təmin edilməsi üçün vacib şərtdir. Komanda üzvlərinin vahid hədəflərə fokuslanması ilə mövcud imkanlardan tam olaraq istifadə etmək, nəticədə fərdi və kollektiv inkişafa nail olmaq vacib şərtdir.