İstehlak krediti
İpoteka krediti
Lombard Krediti
Bankın missiyası və strateji baxışı Bankın missiyası:
Biz Azərbaycan bank sektorunun mühüm iştirakçısıyiq və ölkənin maliyyə sabitliyinin dəstəklənilməsini prioritet hesab edirik. Biz Azərbaycan vətəndaşlarına onların maliyyə imkanlarını reallaşdırmaqda köməklik göstəririk. Biz Azərbaycan şirkətlərinə cəmiyyətimiz üçün dəyərli olmaq istiqamətində yardım edirik. Müştəri və əməkdaşlarımız Bankın ən dəyərli kapitalıdır. Bankın strateji hədəfləri:
“Bank Respublika” ASC-nın əsas strateji hədəfləri Kiçik və Orta biznes həmçinin, Mikro kreditləşmə sahələrində lider bank olaraq, riteyl bankçılıq sahəsində ilk 5 bank sırasında öz mövqeyini qoruyub saxlamaqdır.
Bankın əsas vəzifələri Bank Respublika müştərilərlə əlaqələrini onlara maksimal dərəcədə faydalı olmaq prinsipi əsasında qurur. Bu həm Bankın sloqanında – “Sizə faydalı”, həm də fəaliyyətində və konkret xidmətlərində öz əksini tapır. Bankın mühüm məqsədlərindən biri müştəri xidməti keyfiyyətinin daimi olaraq artırmaq, göstərilən xidmətləri genişləndirmək və şərtlərini yaxşılaşdırmaqdır.
Bankın müştəriləri Bankın müştəriləri sırasında sənaye, telekommunikasiya, nəqliyyat, tikinti, kənd təsərrüfatı, ticarət və xidmət sahəsində fəaliyyət göstərən çoxlu şirkətlər və təşkilatlar mövcuddur. Bankın xidmətlərindən eləcə də on minlərlə fərdi müştərilər istifadə edir. Bank Respublika müxtəlif beynəlxalq və xarici maliyyə təşkilatları ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığın əsas istiqamətlərindən biri də sahibkarlığın kreditləşdirilməsi və ticarətin maliyyələşdirilməsi üzrə müxtəlif proqramların həyata keçirilməsidir. Ümumilikdə bu proqramlar üzrə Bank Respublika üçün 200 mln. ABŞ dollarından çox məbləğdə kredit xətləri ayrılmışdır və bu daha sərfəli şərtlərlə uzunmüddətli biznes kreditləri vermək və ticarətin maliyyələşdirilməsi üzrə xidmətləri göstərmək üçün Bankın imkanlarını genişləndirmişdir.