İstehlak krediti
İpoteka krediti
İpoteka krediti
Bankın Missiyası “Azər Türk Bank” ASC etibarlı biznes tərəfdaşıdır, ölkə iqtisadiyyatının real sektoruna maliyyə dəstəyi verir, müasir bank texnologiyalarını tətbiq edərək operativ xidmət göstərir.
Bankın Strateji baxışı Məmnun və peşəkar komandası ilə müştərilərin tələbatını yüksək sürət və keyfiyyətlə qarşılayan, onlara daim ünvanlı məhsul və xidmət təklif edən ən innovativ bank olmaqdır.
Bankın Strateji hədəfləri Ünvanlı məhsul
Müştəri tələbatına uyğun məhsul və xidmətlərin təklifi ilə müştəri üçün rəqəmsal maliyyə supermarketinə çevrilməkdir; Satış kanalları
Alternativ satış kanalları vasitəsilə (rəqəmsal bankçılıq) sürətli və fasiləsiz xidmətin tətbiqinə nail olmaqdır; Əməkdaşlıq
Kiçik və orta sahibkarlıq seqmentlərin ən yaxın biznes tərəfdaşına çevrilməkdir. 4. Dəyərlərimiz İnnovativlik – Sürətlə dəyişən müştəri tələbatının daha dolğun ödənilməsi üçün müasir bank texnologiyalarını tətbiq etməklə və bank sektorunda yeni tendensiyalar yaratmaqla innovativ məhsul və xidmətlər təklif edirik.
Liderlik – Başladığımız hər bir işdə ən yaxşı olmağa çalışırıq.
Komanda ruhu – Dəqiq və çevik qərar verən, mütərəqqi, müştəri yönümlü düşüncəyə malik peşəkar idarəedici və əməkdaşlardan ibarət güclü komanda ruhuna sahibik.
İşçi məmnuniyyəti – Bankın hər bir əməkdaşının məmnuniyyətini, onların Banka və müştərilərə sadiqliyi üçün sağlam iş mühitini təmin edir, maddi və qeyri-maddi motivasiya sistemini yaradırıq.
Müştəri məmnuniyyəti – Müasir dövrdə daim dəyişən müştəri tələbatının dolğun ödənilməsi üçün multikanallar vasitəsilə yüksək keyfiyyətli və innovativ məhsul və xidmətlərimizi təklif edirik.
Dürüstlük – Müştərilərimiz və biznes tərəfdaşlarımızın etimadını dürüst fəaliyyətimizlə doğrulduruq.
Çeviklik – Peşəkar komandamız texnologiyaların sürətlə inkişaf etdiyi və rəqabətin kəskinləşdiyi bir zamanda müştəriləri və tərəfdaşları ilə bağlı daima düzgün, çevik qərar verir və xidmət göstərir.
Məsuliyyət – Məsuliyyəti öz üzərinə götürmək uğur qazanmağa əmin olmağa bərabərdir. Dövlət bankı olaraq, cəmiyyətdə baş verən mühüm hadisələrə vətəndaşlıq mövqeyimizdən yanaşaraq sosial məsuliyyətimizi dərk edir və bu istiqamətdə fəaliyyət göstəririk.