AFB - İlk Kreditin

İstehlak krediti

  • Kredit Müddəti48 ayadək
  • Faiz dərəcəsi12.99 %-dən başlayaraq
  • Məbləğ300 ₼ - 30,000 ₼

AFB - İpoteka

İpoteka krediti

  • Kredit Müddəti300 ayadək
  • Faiz dərəcəsi7 %-dən başlayaraq
  • Məbləğ0 ₼ - 150,000 ₼

Bank haqqında

“AFB Bank” Açıq Səhmdar Cəmiyyəti

28 noyabr 2008-ci il tarixdə Azərbaycan Mərkəzi Bankı tərəfindən 253 saylı lisenziya almış “AFB Bank” ASC öz fəaliyyətinə

16 fevral 2009-cu ildən etibarən başlamışdır. “Banklar haqqında” Qanunun 19-cu maddəsinə əsasən “AFB Bank” Bank olaraq

Açıq Səhmdar Cəmiyyəti kimi təsis olunmuşdur.

Azərbaycan bank bazarının subyektlərindən biri kimi “AFB Bank” Açıq Səhmdar Cəmiyyəti ölkə iqtisadiyyatını və hökümətimizin monetar siyasətini dəstəkləməklə yanaşı, daim dinamik inkişafa hədəflənmiş səmərəli və təmkinli, az riskli və ölçülü fəaliyyətə üstünlük verir. Bankın fəaliyyət müddəti zamanla məhdudlaşmır. Bank Azərbaycan Respublikasının Mərkəzi Bankından aldığı bank lisenziyasında qadağan edilməyən bütün fəaliyyət növləri ilə məşğul olur.

Missiyamız və korporativ dəyərlərimiz

Missiyamız

Daima yeniləşən innovativ məhsul və xidmətlərini hər bir müştəriyə fərdi yanaşma prinsipi ilə yüksək peşəkarlıqla təqdim etməklə, onlarla uzunmüddətli əməkdaşlıq qurmaq və cəmiyyətin inkişafına tövhə verməkdir.

Korporativ dəyərlərimiz

Bütövlük - Bank müştərilərinə və digər bütün tərəfdaşlarına münasibətdə səmimi, dürüst, etibarlı və məsuliyyətlidir, ölkədə qəbul olunan ən qabaqcıl etik normalara riayət edir.

Müştəri məmnuniyyəti - Bankın fəaliyyəti müştəri məmnuniyyətinə əsaslanır və məqsədi onlarla uzunmüddətli tərəfdaşlıq əlaqələri qurmaqdır. Müştəri deyildikdə həm daxili, həm də xarici müştəri məmnuniyyəti başa düşülür.

Komanda əməkdaşlığı - Bankın işçi heyəti vahid komanda kimi fəaliyyət göstərir, onların qarşısında qoyulmuş hədəflərin birgə icrasını təmin edirlər.

Daimi inkişaf - Bank həm texnoloji proseslərin, həm də işçi heyətinin daimi inkişafına şərait yaradır, investisiyalar qoyur və son texnologiyaların tətbiqini təmin edir. Bank işçi heyətinin inkişafına xüsusi diqqət verir.

Nəticəyə yönlənmə - Bankın əməkdaşları öz fəaliyyətlərində nəticəyə yönlənir “İşi görmək” deyil, “konkret nəticə” prinsipi ilə işləyir, Bankın investorlarının aktivlərini qoruyub dəyərini artırırlar.

Qayğıkeşlik - Bank insan resurslarının idarə edilməsinin ən qabaqcıl metodları əsasında işçi məmnunluğunu təmin edir, “hər bir şəxsə nəticəyə görə” qiymət verir.

Ətraf mühitin qorunması - Bank və onun komandası fəaliyyətlərində ətraf mühiti qoruyur və xüsusən layihələrin maliyyələşdirilməsində ətraf mühit amilinə xüsusi önəm verir.

Çeviklik - Bank idarəetmənin bütün sahələrində operativliyi təmin edir, bazardakı dəyişikliklərə çevik reaksiya verir.

Şəffaflıq - Kommersiya və bank sirləri nəzərə alınmaqla, Bank fəaliyyətinin bütün sahələrində şəffaflığı əsas götürür.

Qənaətcillik - Bankın əməkdaşları onun aktivlərindən və resurslardan qənaətlə istifadə edir, israfçılığa yol vermir və bunu təbliğ edir.

Loyallıq - Bank öz əməkdaşlarına və müştərilərinə münasibətdə loyallığı qoruyur və bu loyallığı qarşılıqlı olması üçün ondan asılı olan bütün tədbirləri görür.

Bankla əlaqə

Fillial şəbəkəsini incələ